EN

Uitaker: Ukrayna və Rusiya "ərazi mübadiləsi" etməli olacaqlar

BAKI, 10 avqust. TELEQRAF

Böyük ehtimalla, atəşkəs sazişi çərçivəsində Ukrayna və Rusiya "ərazi mübadiləsi" etməli olacaqlar.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker CNN-ə müsahibəsində bildirib.

"Döyüş meydanında uğrunda mübarizə aparılmayan və ya əldə edilməyən böyük ərazi parçaları elə-belə verilməyəcək", - o bildirib.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Ukrayna və Rusiyanın sülh sazişi çərçivəsində ərazi güzəştlərinə getməli olacaqlarını bəyan edib. O, söhbətin təkcə Ukrayna ərazilərindən deyil, həm də Rusiya ərazilərindən getdiyini vurğulayıb.

Chosen
66
1
teleqraf.com

10Sources