EN

BƏƏ Prezidenti ABŞ-də əldə olunmuş nəticələrlə əlaqədar İlham Əliyevi təbrik edib

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində əldə olunmuş nəticələrlə əlaqədar Azərbaycan liderini təbrik edib.

“Report” xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığında bunun tarixi xarakter daşıdığını qeyd edib.

Telefon danışığı əsnasında Azərbaycan ilə BƏƏ arasında enerji, o cümlədən bərpaolunan enerji sahəsində uğurlu əməkdaşlıq qeyd edilib, qarşılıqlı sərmayələrlə bağlı fikir mübadiləsi aparılıb.

Chosen
22
48
report.az

9Sources