“Karvan-Yevlax" növbəti transferini həyata keçirib.
Rekord.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İranlı mərkəz müdafiəçisi Səid İranxan ilə 1 illik müqavilə imzalanıb.
24 yaşlı futbolçu son olaraq ölkəsinin “Peykan” klubunda forma geyinib.
Səid karyerasına “Traktor” klubunda başlayıb. O, İranın U-21 və U-23 millilərində də çıxış edib.