EN

Adını deyə bilmərəm, lakin o, mövcuddur Rusiyanın ən müasir silahı

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

“Rusiyanın “Oreşnik”dən başqa da müasir silahları var”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Onun sözlərinə görə, Moskva vaxtını boş yerə itirmir:

“Mən ad çəkməməli olduğum şeyin adını çəkə bilmərəm, lakin o, mövcuddur. İyunun sonunda Rusiya Prezidenti Vladimir Putin ölkədə ortamənzilli “Oreşnik” raket komplekslərinin seriyalı istehsalına başlanıldığını elan edib. Dövlət başçısı həmçinin qeyd edib ki, strateji raket qoşunları müasir “Yars” sistemləri alacaq, strateji nüvə qüvvələrinin aviasiya hissəsi isə bu il modernləşdirilmiş “Tu-160-M” raketdaşıyıcıları ilə tamamlanacaq. Bundan əlavə, prezidentin sözlərinə görə, Hərbi Dəniz Qüvvələrinə ən son nəsil yüksək dəqiqlikli silahlarla təchiz edilmiş yeni gəmilər və sualtı qayıqlar daxil olacaq”.

Qeyd edək ki, “Oreşnik” çoxlu döyüş başlığına malik Rusiyanın ən yeni ortamənzilli hipersəs ballistik raketidir. O, həm nüvə, həm də qeyri-nüvə avadanlıqlarında təqdim olunur, uçuş məsafəsi 5500 kilometrdir. “Oreshnik”in real döyüş şəraitində ilk eksperimental buraxılışı 21 noyabr 2024-cü ildə Dneprdəki obyektdə baş tutub.

Safura Bənnayeva

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
44
globalinfo.az

1Sources