EN

“Qoşunlarımız Zəngəzura girəcək” – Sabiq İran səfiri

Dünən İranın Ermənistandakı sabiq səfiri Seyid Əli Səqqaiyan Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Vaşinqtonda görüşündən sonra qərəzli fikirlər səsləndirib.

Bu barədə “Azad Iran” telegram kanalı məlumat yayıb.

Keçmiş diplomat İran telekanalına müsahibəsində bildirib ki, “Qafqaz İranındır” və ortaq sərhəddə heç kim “sahiblik iddiası” irəli sürə bilməz.

Amerikanın Cənubi Qafqazdakı planlarının həyata keçirilməsinə imkan verilməyəcəyini vurğulayan Səqqaiyan, İran qoşunlarının hazır olduğunu, hər hansı hadisə baş verərsə, bölgəyə ilk daxil olan tərəf olacaqlarını rəsmi şəkildə bəyan etdiklərini deyib.

Səqqaiyanın iddiasına görə, İran heç kimin qarşısında məhdudiyyət qəbul etmir.

Yenisabah.az

Chosen
24
5
editor.az

6Sources