EN

Salah: “Deyə bilərsiniz, o, niyə həlak olub?”

Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Liverpul”un hücumçusu Məhəmməd Salah UEFA-nın Fələstin millisinin sabiq üzvü Süleyman əl-Obeydin vəfatı ilə bağlı paylaşımına reaksiya verib.

QOL.az xəbər verir ki, UEFA-nın "X" sosial şəbəkəsində 41 yaşlı keçmiş futbolçunun ölüm xəbərini əks etdirən paylaşımda belə yazılmışdı: “Əlvida, "Fələstinin Pelesi" Süleyman əl-Obeyd. Hətta ən qaranlıq zamanlarda belə minlərlə uşağa ümid bəxş edən istedad.”

Misirli oyunçu isə həmin paylaşıma cavab olaraq UEFA-ya əl-Obeydin ölüm səbəbi və yerini açıqlayıb-açıqlaya bilməyəcəyini soruşub:

“Bizə deyə bilərsinizmi, o, necə, harada və niyə öldü?”

Qeyd edək ki, avqustun 6-sı Fələstin Futbol Assosiasiyası Süleyman əl-Obeydin Qəzza zolağının cənubunda humanitar yardım gözləyərkən İsrailin artilleriya atəşi nəticəsində həlak olduğunu açıqlamışdı.

O, karyerası ərzində “Əl-Şati”, “Markez Şabab əl-Amari” və “Qəzza Sport” klublarında çıxış edib, 100-dən çox qol vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
10
1
qol.az

2Sources