Xudat şəhərində bıçaqlanma hadisəsi baş verib.
"Unikal"ın Şimal bürosunun məlumatına görə, şəhər sakini F.Həsənov mübahisə zəminində bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin və baş nahiyəsinin iki ədəd kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Fakt araşdırılır.
Asiman Qaraca