BAKI, 10 avqust. TELEQRAF
İran qonşular arasında sülhü alqışlayır və nəqliyyat marşrutlarının açılmasına qarşı deyil.
Teleqraf xəbər verir ki, bu barədə İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Lakin İran qeyri-regional qüvvələrin və təşkilatların tarixi Qafqaz regionunun təhlükəsizlik və geosiyasi mexanizmlərinə cəlb edilməsini nəzərdə tutan planlara ehtiyatla yanaşır. İran bu yolla eskalasiyanın artması üçün şəraitin yaradılmasından çəkindirir", - o əlavə edib.