EN

"İsrail və İran arasında yeni cəbhə açıldı: kibermüharibə illərdir davam edir" - "Financial Times"

"Təbrizdən Tehrana - İranda sosial-iqtisadi böhran dərinləşir..."
 
İsrail və İran arasındakı gərginlik artıq təkcə döyüş meydanlarında deyil, kiberfəzada da qızışır. Bu "görünməz" müharibə illərdir fasiləsiz davam edir və hətta əsas cəbhələrdə atəşkəs olsa belə, dayanmır.
 
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazıb.
 
Mənbələr bildirir ki, hələ 15 il əvvəl ABŞ və İsrailin birgə həyata keçirdiyi "Stuxnet" əməliyyatı Natanzdakı İranın uranın zənginləşdirmə mərkəzində yüzlərlə sentrifuqanı sıradan çıxarıb. Buna cavab olaraq Tehran 2020-ci ildə İsrailin su təchizatı sisteminə kiberhücum edib.
 
Sonrakı illərdə İsrail kiber casusluq şirkətlərinin dəstəyi ilə İran generalları və nüvə proqramı üzərində çalışan mühəndislər haqqında ətraflı məlumat toplayıb. Bu kəşfiyyat sonradan onların fiziki olaraq zərərsizləşdirilməsində istifadə edilib. Eyni zamanda, İranın hava hücumundan müdafiə sistemi müəyyən müddətə iflic vəziyyətinə salınıb.
 
İsraillə əlaqələndirilən "Gonjeshke Darande" adlı haker qrupu isə İran maliyyə sektoruna ağır zərbə vurub - "Nobotex" kriptobirjasından təxminən 90 milyon dollar oğurlayıb, "Sepah" və "Pasarqad" banklarına hücum edərək onların fəaliyyətini müvəqqəti dayandırıb. Ümumilikdə, bu dövrdə İran təxminən 20 min kiberhücumla üzləşib.
 
Tehran isə cavab olaraq 50-yə yaxın İsrail şirkətinin sistemlərini pozmağa, təchizat zəncirlərini sındırmağa, habelə fişinq kampaniyaları və dezinformasiya vasitəsilə İsrail əhalisini yanlış istiqamətə yönəltməyə çalışıb.
 
Hələlik münaqişə yalnız rəqəmsal müstəvidə davam edir ki, bu da tərəflərə rəsmi şəkildə məsuliyyəti inkar etməyə imkan verir. Analitiklər hesab edir ki, kiber sahədə qarşılıqlı zərbələr ABŞ administrasiyasının, xüsusən də Donald Trampın birbaşa hərbi reaksiya vermədən aparıla bilir.
 
Təbrizdən Tehrana - İranda sosial-iqtisadi böhranın dərinləşməsi
 
İsrail mediası son 12 günlük müharibədən sonra İranın vəziyyətini "xaos və səfalət" kimi təsvir edir. Tehranda yaşayan və rejim əleyhdarı olan Əli adlı sakin "News 12" kanalına göndərdiyi foto və videolarda ölkədəki ağır durumu nümayiş etdirib. Onun sözlərinə görə, müharibə zamanı şəhər əhalisinin böyük hissəsi köçüb - 14 milyon əhalidən yalnız 2-3 milyonu qalıb.
 
İqtisadi vəziyyət kəskin pisləşib: inflyasiya 40 faizə çatıb, əhalinin 90 faizi yeni geyim və eynək almağa belə gücü çatmır. Gecələr küçələrdə minlərlə evsiz insan karton qutular üzərində yatır. Ən böyük problem isə anomallı istilər (Selsi üzrə 50 dərəcə ) və su-elektrik qıtlığıdır. Su çatışmazlığı o qədər kəskinləşib ki, bəzi bölgələrdə payızadək ehtiyatların tam tükənəcəyi gözlənilir.
 
Əli deyir: "Bəzən su olmadığına görə yemək bişirmək, qab yumaq, hətta dərman içmək belə mümkün olmur". Hökumət isə böhranı "sionistlərin planı" ilə izah etməyə çalışır. Lakin yerli və xarici analitiklər bildirir ki, bu gərginlik sosial partlayış potensialını artırır. Əgər kütləvi etirazlar başlasa, hətta SEPAH-ın belə xalq tərəfinə keçməsi mümkündür.
 
İranda enerji böhranı səbəbindən lokdaun planı
 
Prezident Məsud Pezeşkian ölkədə su və elektrik çatışmazlığının kritik həddə çatdığını bildirərək dövlət idarələri və müəssisələrin fəaliyyətinin məhdudlaşdırılacağını açıqlayıb. İranda elektrik istehsalında 20 min meqavatlıq çatışmazlıq var, elektrik stansiyalarının çoxu köhnədir və təcili modernləşdirilməyə ehtiyac duyur. Su ehtiyatları isə ötən illə müqayisədə yarıbayarı azalıb. Bir çox bölgələrdə fövqəladə istirahət günləri elan olunur, amma bu tədbirlər narazılığın qarşısını ala bilmir - insanlar küçələrə çıxaraq hökumətdən ən azı içməli su və elektrik təminatını tələb edir.
 
Mossad "agentləri" nə qarşı repressiyalar
 
İran hökuməti son məğlubiyyətdən sonra İsraillə əlaqəsi olduğundan şübhələnilən şəxslərə qarşı əməliyyatları gücləndirib. Təxminən 20 nəfər "Mossad üçün casusluq" ittihamı ilə saxlanılıb. Onlardan bəziləri sonradan azad edilsə də, dövlət mediası iyun ayında İsrailin hava zərbəsində öldürülən iranlı alim haqqında məlumat sızdırmaqda ittiham olunan nüvə mütəxəssisi Ruzbeh Vadinin edam edildiyini bildirib. Rəsmi qurumlar bu əməliyyatların "sionist rejimə" qarşı sərt cavabın bir hissəsi olduğunu vurğulayır.
Chosen
17
22
moderator.az

10Sources