Bakı. Trend:
İran Azərbaycan və Ermənistan arasında istənilən sülhü müsbətqarşılayır.
Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri SeyidAbbas Araqçi bu gün Tehranda jurnalistlərə verdiyi açıqlamadadeyib.
Onun sözlərinə görə, İran region ölkələrinin öz suverenliyiniqorumasının tərəfdarıdır və bütün ölkələrin ərazi bütövlüyünüdəstəkləyir. Azərbaycan və Ermənistanın birgə bəyanatında da buməsələyə diqqət yetirilib.
Araqçi qeyd edib ki, İran həm Yerevan, həm də Bakı ilə müntəzəmdialoq aparır. "Ermənistanın xarici işlər naziri sabah mənə zəngedəcək. Baş nazir Paşinyan da Tehrana səfər edəcək və çərşənbəaxşamı Ermənistan xarici işlər nazirinin müavininin Tehrana səfəriplanlaşdırılır. Biz hər iki tərəflə daimi məsləhətləşmələraparırıq", - deyə o bildirib.
O, İranın regional siyasətinin suverenlik və ərazi bütövlüyünəhörmət üzərində qurulduğunu vurğulayıb. "Biz istəyirik ki,regiondakı bütün dövlətlər öz əraziləri üzərində suverenliyini tamqoruyub saxlasınlar və biz regiondakı bütün ölkələrin ərazibütövlüyünü dəstəkləyirik. Biz beynəlxalq sərhədləri də qoruyuruq",- deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycanın birgəbəyanatında İranın mövqeyinə uyğun gələn üç prinsip öz əksinitapıb: suverenliyə hörmət, ərazi bütövlüyünə hörmət və sərhəddəyişikliyinə qarşı çıxmaq.
O, həmçinin bəyan edib ki, dəhliz məsələsi artıq müzakirəolunmur və tərəflər Ermənistanın suverenliyi və yurisdiksiyasıaltında tranzit yolun tikintisi ilə bağlı razılığa gəliblər.Layihəni Ermənistanda qeydiyyatdan keçən və Ermənistanqanunvericiliyinə uyğun fəaliyyət göstərən şirkət həyatakeçirəcək.
Nazir İranın konstruktiv fəaliyyətə sadiqliyini bir dahavurğulayıb. “Biz hadisələri diqqətlə izləyirik və regionda sülhünvə sabitliyin qorunması üçün bütün tərəflərlə məsləhətləşmələridavam etdirəcəyik", - deyə o bildirib.