Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda zəlzələ nəticəsində çökən binada dağıntılar altında qalan 6 nəfərdən 5-i xilas edilib.
APA-nın xəbərinə görə, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Ali Yerlikaya dağıntılar altında qalan 1 nəfərlə bağlı axtarış-xilasetmə əməliyyatının davam etdiyini nəzərə çatdırıb.
***
22:07
Xəbər verdiyimiz kimi, Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda 6,1 maqnitudalı zəlzələ baş verib, bir bina çöküb.
APA Türkiyə mediasına istinadən xəbər verir ki, dağıntılar altından dörd nəfər çıxarılıb.