EN

Dağıntılar altında qalan 5 nəfər xilas edildi

Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Balikesir vilayətində zəlzələdən sonra uça binanın dağıntıları altında qalan 5 nəfər xilas edilib.

Hafta.az-ın məlumatına görə, davam edən işlər çərçivəsində dağıntılar altından daha bir nəfər xilas edilib. Həmin şəxs təcili yardıma aparılıb.

Xəsarət alan şəxs təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Bildirilib ki, axtarış-xilasetmə işləri davam edir.

Bundan əvvəl daha bir nəfər də dağıntılar altından çıxarılıb.

***

Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda baş verən 6,1 bal gücündəki zəlzələ zamanı uçan binanın dağıntıları altından iki nəfər çıxarılıb. Daha iki nəfərin axtarışları davam edir.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Sındırqı Bələdiyyə başçısı Serkan Sak verdiyi açıqlamada uçan bina ilə yanaşı digər məhəllələrdə də 10-dan çox tikilinin dağıldığını, kəndlərin təxminən 60-70 faizi ilə əlaqə qurulduğunu, bu bölgələrdə də dağılan bina və məscidlərin olduğunu, lakin indiyədək insan itkisinin qeydə alınmadığını deyib.

Ölkənin səhiyyə naziri Kemal Memişoğlu isə verdiyi açıqlamada yeraltı təkanlardan təsirlənən dörd vətəndaşın xəstəxanaya yerləşdirildiyi, onların həyati təhlükəsinin olmadığını deyib.

Chosen
50
3
hafta.az

10Sources