EN

Ukrayna Rusiyanın neft emalı zavodunu vurub

Ukrayna

Bazar günü Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi əməliyyatı nəticəsində Rusiya Federasiyasının şimal-qərbində Komi Respublikasında yerləşən “LUKOIL-Uxtaneftepererabotka” neft emalı zavoduna zərbələr endirilib.

Bu barədə “İnterfaks-Ukraina” güc strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, hücuma məruz qalan müəssisə Rusiya ərazisinin dərinliklərində, Ukrayna sərhədindən iki min kilometrdən çox məsafədə yerləşir. Zərər çəkmiş obyekt Rusiya ordusunun yanacaq-sürtkü materialları ilə təmin edir.

Mənbələrin bildirdiyinə görə, pilotsuz təyyarələr neft məhsulları olan çənə dəyib, sonradan içindəkilərin ətrafa dağılmasına səbəb olub, propan-butan və benzin istehsalında istifadə olunan qaz və qaz-kondensat emalı zavodunu zədələyib(Report)
Chosen
32
5
reyting.az

6Sources