EN

Qvatemala Bakı ilə İrəvan arasında sülh bəyannaməsini alqışlayıb

Qvatemala hökuməti ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan və Ermənistanın imzaladığı birgə bəyannaməni alqışlayır.

“Report” xəbər verir ki, bu barədə Mərkəzi Amerika ölkəsinin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, Qvatemala bu mühüm addımı Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyə nail olmaq səylərində əsas mərhələ kimi qiymətləndirir.

“Bu prosesin iki ölkə arasında münasibətlərin tam normallaşmasına töhfə verəcək yekun sülh sazişinə gətirib çıxarmasına səmimi arzularımızı bildiririk”, - bəyanatda vurğulanır.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda keçirilən üçtərəfli görüşün yekunları üzrə birgə bəyannamə imzalayıblar. Sənəd Bakı və İrəvanın sülh arzusunu vurğulayan yeddi məqamı özündə əks etdirir.

Bəyannamədə qeyd olunur ki, tərəflər Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması və münasibətlərin bərpası haqqında sazişin əvvəllər razılaşdırılmış mətnini paraflayıb, həmçinin kommunikasiyaların bloklanmasına dair memorandum imzalayıblar.

Chosen
55
10
report.az

10Sources