Yaponiyada fəallaşan Şinmoe Vulkanı 3 kilometr hündürlüyə kül püskürtməyə başlayıb.
Ölkə.az xəbər verir ki, bu barədə Japan News məlumat yayıb.
Məlumata görə, ölkənin cənub-qərbində yerləşən Şinmoe Vulkanı gecəyarısı fəaliyyətə keçib. Vulkan hazırda 3 kilometr hündürlüyə kül püskürdür.
Yaponiya Meteorologiya Agentliyi, vulkanın püskürtdüyü kiçik vulkanik qayaların ətraf ərazilərə düşə biləcəyi barədə xəbərdarlıq edib.
Şinmoe Vulkanı 27 iyun tarixindən bəri fasilələrlə fəaliyyət göstərir.
Qeyd edÉ™k ki, “Pasifik atəş halqası” adlanan zÉ™lzÉ™lÉ™ vÉ™ vulkan qurÅŸağında yerləşən Yaponiyada 100-dÉ™n çox aktiv vulkan mövcuddur.(apa)