EN

Gündə nə qədər su içməliyik?

Metbuat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Mütəxəssislər orqanizmin sağlam qalması üçün hər gün kifayət qədər su qəbul etməyin vacibliyini vurğulayırlar.

Metbuat.az xəbər verir ki, orta hesabla bir insan gündə 1,5–2 litr (6–8 stəkan) su içməlidir.

Su bədənin temperaturunu tənzimləyir, toksinləri xaric edir və orqanların düzgün işləməsini təmin edir. İdmanla məşğul olan, isti havada çalışan və ya xəstəlik keçirən şəxslərin isə su ehtiyacı daha çox olur.

Həkimlər gün ərzində suyu tədricən içməyi və şəkərli içkilər əvəzinə təmiz suya üstünlük verməyi məsləhət görürlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
10
metbuat.az

1Sources