EN

Nigeriyada 100 dən çox silahlı dəstə üzvü öldürülüb

ain.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Nigeriyada Fansan Yamma Əməliyyatı Komandanlığından verilən açıqlamada ordunun Zamfarada silahlı dəstə üzvlərinə qarşı hava və quru əməliyyatları keçirdiyi bildirilib.

Açıqlamada əməliyyatlarda silahlı dəstənin liderlərinin də olduğu iddia edilən 100-dən çox üzvünün öldürüldüyü qeyd edilib.

Bildirək ki, son zamanlar Zamfara əyalətində silahlı dəstə hücumlarının artması səbəbindən insanlar zaman-zaman etiraz aksiyaları keçirirlər.

Nigeriya uzun müddətdir ölkənin müxtəlif yerlərində silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan ISWAP və Boko Haramın hücumları ilə üzləşib.

Ölkədə adam oğurluğuna görə edam cəzası olmasına baxmayaraq fidyə müqabilində adam oğurluğu hallarına rast gəlinir.

Silahlı şəxslər adətən ölkənin şimalındakı kəndləri, məktəbləri və səyahətçiləri hədəf alaraq fidyə tələb edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
1
icma.az

2Sources