EN

NATO baş katibi Alyaskadakı danışıqları “Putin üçün sınaq” adlandırıb

Rütte: Bu görüş Ukrayna münaqişəsinin həlli prosesində mühüm addım ola bilər...

Poliqon xəbər verir ki, NATO-nun baş katibi Mark Rütte ABŞ Prezidenti Donald Tramp ilə Rusiya lideri Vladimir Putin arasında Alyaskada keçiriləcək danışıqların, Putinin Ukrayna münaqişəsini bitirmək niyyətinin səmimiliyini göstərəcəyini bildirib. O, ümid etdiyini qeyd edib ki, iki prezidentin görüşü sülhün təmin olunması prosesində mühüm addım olacaq. Rüttenin sözlərinə görə, bu, ərazilərlə bağlı danışıqların başlanğıcı ola bilər.

“Əsas məsələ atəşkəsdən sonra necə hərəkət edəcəyimizdir... Söhbət ərazi məsələsindən, gələcək sazişdə onların tanınmasından gedirsə — Rusiya faktiki olaraq Ukrayna torpaqlarının bir hissəsinə nəzarət edir — bu, siyasi deyil, faktiki tanınma olmalıdır”, deyə Rutte ABC News-a müsahibəsində bildirib.

Rütte, həmçinin, Trampın Rusiyanın “hərbi münaqişəyə görə mükafatlandırılmasına” imkan vermək niyyətində olmadığına inandığını deyib: “Gələn cümə mühüm olacaq, çünki bu, Putin üçün sınaq olacaq – o, bütün bu prosesə nə dərəcədə ciddi yanaşır, bunu göstərəcək”.

Qeyd edək ki, danışıqların 15 avqustda baş tutması planlaşdırılır. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Putin və Tramp Ukrayna münaqişəsinin həlli variantlarını müzakirə edəcəklər.

Poliqon.info

Chosen
41
6
poliqon.info

10Sources