EN

Trampın yaxın adamı olan beynəlxalq hüquq müdafiəçisi Putinin milyarder "desantı"nı müdafiə etmək üçün təcili İrəvana gəldi...+VİDEO

2025-ci il avqustun 11-də ABŞ prezidenti Donald Trampın yaxın adamı olan dünya şöhrətli hüquqşünas və beynəlxalq hüquq müdafiəçisi Robert Amsterdam təcili səfərlə Ermənistana gəlib.
 
Moderator.az xəbər verir ki, bu haqda News.am məlumat yayıb.
 
Qeyd edək ki, bundan əvvəl - avqustun 8-də erməni mediası guya Ermənistan hakimiyyətinin  Robert Amsterdamı ölkəyə buraxmamaq qərarına gəlməsi haqda xəbər yaymışdı.
 
Ermənistana gəldikdən sonra jurnalistlərlə söhbətində dünyüa şöhrətli hüquqşünas bildirib ki, onun əsas missiyası kilsənin və onun fikrincə, qanunsuz olaraq azadlıqdan məhrum edilmiş xristianların müdafiəsidir.
 
"Samvel Karapetyan kimi kilsəsini, vətənini sevən dindarlar, onların biznesi qanunsuz hücumlara məruz qalanda, bu, nəyinsə səhv olduğunu göstərir. Hökumətlə kilsə arasında dialoq lazımdır. Ümid edirəm ki, bu dialoq başlayacaq, ümid edirəm ki, bu ittihamlar aradan qaldırılacaq və proses nəticəsində kilsə müdafiə olunacaq", - R. Amstredam qeyd edib.
Onun sözlərinə görə, kilsə nəinki Ermənistanda, bütün dünyada dini, dili, xristianlığı qəbul edən insanlar üçün mühüm rol oynayır, .
 
"Ermənistanda bütün dindarlar kilsəni qorumağa borcludurlar. Mən Ukraynada kilsəni qoruyuram, 45 il əvvəl orada pravoslav kilsəsini müdafiə etmişəm. Təəssüf ki, bu gün kilsənin hücuma məruz qaldığı ölkələrin siyahısı var. Məncə, kilsəni və qanunun aliliyini qorumaqdan daha müqəddəs vəzifə yoxdur. Yaş artdıqca kilsə və din də insanın həyatında daha mühüm yer tutur", -deyə beynəlxalq hüquq müdafiəçisi bildirib.
 
Siyasi məsələlər üzrə birinci dərəcəli beynəlxalq hüquqşünasın səfəri qeyri-adi xarakter daşıyır və bir neçə səs-küylü işlərlə bağlıdır: arxiyepiskopların işi, Erməni Apostol Kilsəsinə təzyiqlər, biznesmen Samvel Karapetyanın həbsi. Amsterdama səfər insan haqları və demokratiyanın real vəziyyətini izləmək məqsədi daşıyır.
 
Amsterdam müxtəlif ölkələrdə bir sıra ictimai-siyasi xadimləri və fəalları müdafiə etməklə tanınır. O, Rusiyada həbs olunmuş məşhur rusiyalı iş adamı və müxalifətçi Mixail Xodorkovskinin vəkili olub. 2003-cü ildə Amsterdam Rusiya prezidenti Vladimir Putinin əsas rəqibi kimi təqdim edilən Rusiyanın ən zəngin adamı Xodorkovskinin müdafiəsində iştirak edib.
 
Belə çıxır ki, Trampın yaxın adamı olan hüquq müdafiəçisi, Rusiyanın Ermənistandakı əsas dayaqlarından biri olan kilsəni, eləcə də bu dövlətin "5-ci kalonu"nun fəal nümayəndələrini, xüsusən də Putinin milyarder "desantı" Samvel Karapetyanı müdafiə etmək üçün gəlib.
 

S.Laçın

Chosen
100
1
moderator.az

2Sources