EN

Amerika torpağına dəvət artıq Putin üçün qələbədir - bu, onu "izqoy" statusundan çıxarır...-CON BOLTON

ABŞ prezidenti Donald Tramp və Rusiya diktatoru Vladimir Putinin qatılacağı Alyaskada keçiriləcək sammit Ukrayna üçün o qədər də yaxşı perspektiv vəd etmir. 
 
Moderator.az  "TSN"-ə istinadla xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton Britaniyanın “The Telegraph” qəzeti üçün köşə yazısında Trampın Putinə Ukrayna ərazisinin bir hissəsini vəd etmək niyyətini də xatırladaraq bəhs edib.
 
"Moskva, yəqin ki, Ukraynanın 20 faizini nəzarəti altında saxlayaraq bu müharibəyə son qoyacaq. Əgər kiməsə Trampın beynəlxalq məsələlərdə strateq deyil, azad elektron olduğuna dair sübut lazım idisə, ötən həftə bu məsələni həll edib", - keçmiş müşavir belə yazıb.
 
Bolton qeyd edib ki, Amerika torpağına dəvət artıq Putin üçün qələbədir - bu, onu "izqoy" statusundan çıxarır. Bolton əlavə edib ki, Putin kəşfiyyat xidmətlərinin dialoq vasitələrindən istifadə edərək Trampı öz alətinə çevirməyə çalışacaq. Boltonun iddiasına görə, sammit ideyasını məhz Putin təklif edib və Tramp dərhal buna razılıq verib. Sabiq müşavir yazıb: "Kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olmağa şirniklənməsi Tramp üçün ölümcüldür..."
 
"Görünür, Tramp və Putin Alyaskadakı görüşdən sonra Zelenskini fakt qarşısında qoymağa hazırlaşır. Cümə günü Tramp deyib ki, Zelenski Ukraynanın ərazisinin başqa ölkəyə ötürülməsi ilə bağlı konstitusiya qadağalarını aradan qaldırmalı olacaq", - deyə C.Bolton davam edir.
 
Buna görə də Zelenskinin ilk reaksiyası ərazilərin verilməsi ideyasını açıq şəkildə iqnor etmək oldu. Lakin Boltonun fikrincə, bu cür vəziyyət belə,  Putinin əlinə oynadı: o, Ukrayna prezidentindən fərqli olaraq, əsil "sülh axtaran" kimi görünə bilər.
 
Bolton Ukraynanın avropalı müttəfiqlərini hələki buna vaxt olduğu halda vəziyyətə müdaxilə etməyə çağırıb.
 
Tramp-Putin sammiti ilə bağlı daha çox xəbər...
 
Xatırladaq ki, Trampla Putin arasında şəxsi görüşün hazırlanması ilə bağlı ilk xəbərdən sonra Amerika prezidentinin komandasının rəsmiləri çoxsaylı şərhlər veriblər. O cümlədən ABŞ-ın vitse-prezidenti J.D.Vens bildirib ki, ABŞ nə Ukraynanın, nə də Rusiyanın xoşuna gələcək bir razılaşma üzərində işləyir.
 
Respublikaçı senator Lindsey Qrem əlavə edib ki, razılaşma qarşılıqlı güzəştləri ehtiva edəcək. O bildirib ki, “Ukrayna bütün rusları qovmayacaq”.
Chosen
26
50
moderator.az

10Sources