"Real Madrid"in mərkəz yarımmüdafiəçisi Eduardo Kamavinqanın səhhətində yenidən problemlər yaranıb.
Fanat.Az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.
Məlumata görə, ona sağ baldır nahiyəsində bağın qırılması diaqnozu qoyulub. Futbolçunun sağalma müddəti ilə bağlı məlumat verilməyib.
Kamavinqa ötən mövsümün sonunda da zədə probleminə görə bir sıra matçları buraxmışdı . Həmin vaxt 22 yaşlı oyunçuya sol ayağındakı yan vətərin qopması diaqnozu qoyulmuşdu.
Yarımmüdafiəçinin "Real Madrid"lə müqaviləsimin müddəti 30 iyun 2029-cu ilə qədərdir. 2024/25 mövsümündə Kamavinqa "Real"ın heyətində 35 oyun keçirib, iki qol vurub və iki məhsuldar ötürmə edib. "Transfermarkt" onun dəyərini 60 milyon avro qiymətləndirir.
Mirağa