EN

Ceyms Kemeron niyə özünü “Avatar”a həsr etdiyini açıqlayıb

Yazını böyüt
Yazını kiçilt

1997-ci ildə mükafat qazanan "Titanik"in efirlərə çıxmasından sonra sırf “Avatar” filmləri üçün kamera arxasına keçən tanınmış rejissor Ceyms Kemeron karyerasını niyə seriala həsr etdiyini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, “Rolling Stone”a danışan 70 yaşlı iyə rejissor deyib: "Son 20 ildə “Avatar” filmlərini nə qədər pul qazandığımıza deyil, potensial faydalara əsaslanaraq çəkməyə haqq qazandırmışam. Onlar bizi birləşdirə, təbiətlə bağlaya bilər. Kino insan problemlərini həll edə bilər? Xeyr, məncə filmlərin də bir həddi var, çünki bəzən insanlar sadəcə əylənmək istəyirlər və bu cür çağırışları istəmirlər. Məncə, “Avatar” “Troya atı” kimidir: əvvəlcə sizi cəlb edir, sonra beyninizə, ürəyinizə təsir edir”.

“Avatar” franşizası kassada 5,24 milyard dollar gəlir əldə edib, 2009-cu ildə buraxılan ilk film isə 2,92 milyard dollarla bütün zamanların ən çox gəlir gətirən filmi olaraq qalır.

Üçüncü film olan “Avatar: Od və kül” və “Avatar: Suyun yolu”nun üç il sonra – bu il dekabrın 19-da kinoteatrlarda nümayişi gözlənilir.

Eynilə “Suyun yolu” Pandoranın dəniz xalqı olan Metkayinaların tanıdıldığı kimi, yeni filmdə də Kül xalqı tamaşaçılara təqdim olunacaq.

Aktyor heyətinə əvvəlki filmlərdən tanış adlar daxildir, o cümlədən Sem Uortinqton, Zoy Saldana, Siqourney Uaver, Stefen Lanq, Keyt Uinslet, Kliff Kurtz, Britain Dalton və Cek Şampion, Mişel Yoh və Devid Tevlis də var.

Kemeron “Empire”a bu yaxınlarda verdiyi müsahibədə özünü dördüncü və beşinci filmləri şəxsən idarə edəcək qədər sağlam hiss etdiyini bildirib.

Chosen
79
6
hafta.az

10Sources