EN

Bu gündən ixtisas seçimi başlayır

İxtisas seçimi avqustun 11-dən 19-dək olan müddətdə aparılacaq.

XzəərNews.az xəbər verir ki, bu gün ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bütün ixtisas qrupları üzrə başlayır.
Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, ixtisas seçimi avqustun 11-dən 19-dək olan müddətdə aparılacaq.
Xatırladaq ki, DİM “Abituriyent” jurnalının 4-cü nömrəsi, “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlı kitabçalar, “Subbakalavr” peşə-ixtisas dərəcəsi almış və ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olunmaq istəyən şəxslər üçün “Abituriyent” jurnalının xüsusi buraxılışını nəşr edərək satışa çıxarıb.




Xəbər 3 dəfə oxunub.
Chosen
29
50
xezernews.az

10Sources