EN

"Valensiya" niderlandlı hücumçu transfer edib

İspaniyanın "Valensiya" klubu Arno Danjumanı transfer edib. SİA klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı niderlandlı hücumçu ilə 2028-ci ilin yayına qədər müqavilə imzalanıb.

Niderland yığmasının sabiq futbolçusu komandaya sərbəst agent kimi qoşulub.

Qeyd edək ki, A.Danjuma 2024/2025 mövsümündə "Vilyarreal"dan "Jirona"ya icarəyə verilmişdi. O, meydana çıxdığı 37 matçda 5 qol və 2 məhsuldar ötürməyə imza atıb.

Chosen
52
40
sia.az

10Sources