EN

"Onlara görə bütün Ukrayna xalqı dua edir"

"Bütün Ukrayna Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüşün əla nəticələr verməsi üçün dua edir".

Redaktor.az xəbər verir ki, bunu Ukraynanın ABŞ-dəki səfiri Oksana Markarova deyib.

Markarova həmçinin Trampın müharibəni bitirmək istəyini və vitse-prezident J.D.Vansın Trampın sülh səylərini müzakirə etmək üçün Britaniyaya bu yaxınlarda etdiyi səfərini yüksək qiymətləndirdiyini bildirib.

Avqustun 15-də Putin və Tramp Alyaskada danışıqlar aparacaq. Əsas mövzu Ukraynada sülhdür. Müzakirə olunan təkliflər arasında ərazi mübadiləsi və Kiyevin NATO-ya üzv olmaqdan imtinası ola bilər. Bu fonda Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, ölkə konstitusiyası istənilən ərazi güzəştlərini istisna edir.

Chosen
29
50
redaktor.az

10Sources