EN

Netanyahu HƏMAS-ın təklifini RƏDD ETDİ – “Onları tamamilə məhv edəcəyik”

İsrailin Baş naziri Benyamin Netanyahu radikal Fələstin hərəkatı HƏMAS tamamilə məhv edilənədək hərbi əməliyyatların davam edəcəyini bəyan edib. 

Bizim.Media xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

“Əgər HƏMAS silahı yerə qoysa və bütün qalan girovları azad etsə, müharibə sabah bitə bilər”, – deyə Netanyahu xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, HƏMAS-ın silahı təhvil verməkdən imtina etməsi səbəbindən İsrailin başqa seçimi yoxdur: 

“Başladığımız işi bitirib HƏMAS-ı tamamilə məhv edəcəyik”.

Baş nazir həmçinin bildirib ki, İsrail Müdafiə Qüvvələrinə (SAXAL) Qəzza şəhəri və zolağın mərkəzi bölgələrindəki HƏMAS-a məxsus son iki mövqeyi zərərsizləşdirmək tapşırığı verilib. O vurğulayıb ki, əməliyyatlar zamanı mülki əhalinin təhlükəsiz şəkildə döyüş bölgələrini tərk etməsi və xüsusi ayrılmış təhlükəsiz zonalarda qalması üçün şərait yaradılacaq.
 

İsrail mediası üçün ayrıca keçirilən brifinqdə Netanyahu HƏMAS-ın razılaşma üçün irəli sürdüyü şərtləri “yerinə yetirilməsi mümkün olmayan” adlandırıb. Onun sözlərinə görə, hərəkat İsrail ordusunun Qəzza zolağından tam çıxarılmasını və döyüşlərin bərpasına mane olacaq beynəlxalq təminatlar tələb edir.


“Bunlar təslim şərtləridir. Heç bir məsuliyyətli hökumət bunu qəbul etməz, mən də qəbul etməyəcəyəm”, – deyə Netanyahu vurğulayıb.

Bizim.Media

Chosen
101
50
bizim.media

10Sources