EN

Ağcabədidə iki yük avtomobili toqquşub, xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağcabədi rayonu, Qaradolaq kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub...

Poliqon FHN-ə istiandən xəbər verir ki, məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “КамАЗ” markalı iki yük avtomobili toqquşub, 1 nəfər sıxılı vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində sıxılı vəziyyətdə qalan 1 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Poliqon.info

Chosen
47
8
poliqon.info

10Sources