EN

Üç dost dənizə getdi, ikisi qayıtdı... – Bilgəhdəki faciənin DETALLARI - VİDEO

Xəbər verdiyimiz kimi, dünən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə 1 nəfər boğulub.

Bizim.Media xəbər verir ki, “caliber.az” hadisə ilə bağlı detalları açıqlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bilgəhdə dənizdə bir nəfər batdı


Məlumata görə, Bilgəhdə üç gənc dost ötən gün çimərlikdə çimməyə başlayıblar. 

Onlardan biri, 2005-ci il təvəllüdlü Cavidan Tapdıqov suda boğulub, digəri Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən huşsuz vəziyyətdə dənizdən çıxarılaraq xəstəxanaya aparılıb, 3-cü isə özü sahilə çıxmağı bacarıb.


Hadisə ən yaxın xilasetmə məntəqəsindən (nəzarətsiz ərazi) təxminən 5 km aralıda baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, batmış şəxsin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub, axtarışlar hava qaralana qədər davam edib.


Bizim.Media

Chosen
34
13
bizim.media

10Sources