Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi Bakı ilə İrəvan arasındakı sülh prosesi ilə paralel şəkildə aparılacaq.
Adalet.az xəbər verir ki, bu barədə RIA Novosti-yə danışan Ankaradakı diplomatik mənbə Prezident Rəcəb Tayyib Ərdoğanın sözlərini xatırladaraq bildirib.
Mənbənin sözlərinə görə, Türkiyə bu istiqamətdə müsbət addımlar görsə də, sərhədin açılması üçün konkret tarix açıqlamağa tələsmir.