EN

Əli Laricaninin ilk səfəri İraqa olacaq – Təhlükəsizlik sazişi imzalanacaq

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əl Laricani bu vəzifədə ilk səfərini avqustun 11-də İraqa edəcək.

News24.az xəbər verir ki, məlumatı "Mehr" agentliyi yayıb.

Ə.Laricani bildirib ki, İraqla təhlükəsizlik üzrə razılaşma imzalanacaq.

O, İSNA-ya müsahibəsndə İraq və Livana yola düşməzdən əvvəl səfərinin məqsədləri barədə danışıb: “Bu səfər iki hissədən ibarətdir: Birinci səfər İraqa olacaq. İraq bizə dost və qonşu ölkədir və bu dövlətlə yüksək səviyyədə ticarət əlaqələrimiz var”.

Onun sözlərinə görə, İmamın 40 günü mərasimi (Ərbəin) iki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə olduğunun göstəricidir:

“İranın qonşularla münasibətlərdə əsas prioriteti iranlıların təhlükəsizliyidir. Eyni zamanda, İran qonşularının təhlükəsizliyinə də diqqət yetirir. İraqa səfər çərçivəsində bu ölkə ilə təhlükəsizliyə dair saziş imzalanacaq”.

O, İraqakı “bir çox dostlarla görüşlərinin olacağ”ını da bildirib: “Onların fikirlərini dinləyəcək və ikitərəfli əməkdaşlıqla bağlı baxışlarımızı onlarla müzakirə edəcəyik”.

Ə.Laricani İraqdan sonra səfər edəcəyi Livanı "Qərbi Asiyada böyük təsirə malik olan vacib ölkələrən biri" kimi qiymətləndirib.

Qeyd edək ki, İraqın ruhani lideri, ayətullah-üzma Əli Sistani İranın təsirini azaltmaq üçün ölkədə ciddi tədbirlər görülüdüyünü bildirmişdi. O, hakimiyyət orqanlarına təzyiq edərək, ölkədəki hərbi qrupların ləğvinə və “Həşd əş-Şəbi” qruplaşmasının dövlətin müvafiq strukturlarına inteqrasiyasına çalışır.

Chosen
76
35
news24.az

10Sources