EN

Aİ Zelenskini Alyaska sammitinə qatmaq istəyir - ÖZƏL

Olaylar.az xəbər verir ki, Politico nəşrinin məlumatına görə, Avropa İttifaqı Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ və Rusiya liderlərinin Alyaskada keçiriləcək sammitində iştirakına nail olmağa çalışır. Daha əvvəl CNN, Ağ Evdəki mənbəyə istinadən, Zelenskinin Alyaskadakı hər hansı tədbirdə iştirakı imkanının yalnız Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın görüşündən sonra mümkün ola biləcəyini bildirmişdi.
Politico yazır ki, Aİ xarici işlər nazirləri və Ukraynanın xarici işlər naziri Andrey Sibiga təcili videokonfrans keçirəcək. Görüşün əsas məqsədi - Zelenskiyə Alyaska danışıqlarında "masa arxasında yer təmin etmək"dir. Lakin nəşr qeyd edir ki, Avropa nümayəndələrinin sammitdə iştirakı "ümidsiz görünür".
Zelenskinin ofisi isə gizlətmir ki, Rusiya və ABŞ arasında Alyaskada keçiriləcək sammit nəticəsində Ukrayna ilə bağlı qərarların Kiyevin iştirakı olmadan qəbul olunmasından narahatdır. Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Mers də Ukraynanın gələcəyinin öz iştirakı olmadan müzakirə olunmaması gərəkdiyini vurğulayıblar. Qeyd edək ki, Donald Tramp Putinlə Alyaskada avqustun 15-də görüşməyi planlaşdırdığını açıqlamışdı. Sonradan bu məlumatı Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov da təsdiqləyib. Onun sözlərinə görə, görüşdə Ukrayna böhranının uzunmüddətli sülh yolu ilə həlli imkanları müzakirə ediləcək. Uşakov əlavə edib ki, növbəti Putin-Tramp görüşünün Rusiya ərazisində keçirilməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
33
50
olaylar.az

10Sources