EN

Türkiyə Nazirlər Kabineti Azərbaycan-Ermənistan sülh prosesini və Zəngəzur dəhlizinin açılmasını müzakirə edəcək

Ankara, 11 avqust, AZƏRTAC

Türkiyə Nazirlə Kabinetinin Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək bugünkü iclasının gündəliyinə Azərbaycan-Ermənistan sülh prosesi və Zəngəzur dəhlizinin açılması məsələləri də daxil edilib.

AZƏRTAC xəbər verir ki, hökumət üzvləri paytaxt Ankaranın “Beştepe” rayonunda yerləşən Prezident sarayında toplaşacaq.

Türkiyə mediasında yer alan xəbərlərə görə, Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda keçirilmiş görüşünün yekunları, həmçinin tərəflər arasında imzalanmış sənədlərin sabitliyə və regionda ticari münasibətlərə təsiri müzakirə ediləcək.

İclasda, həmçinin parlamentdə aparıcı siyasi partiyaların deputatlarının iştirakı ilə xüsusi komissiyanın da yaradıldığı “Terrorsuz Türkiyə” prosesi ətrafında fikir mübadiləsi aparılacaq.

Nazirlər Kabinetinin iclasında daxili iqtisadi və sosial məsələlərlə yanaşı, regionda, o cümlədən Suriyada vəziyyətin müzakirə ediləcəyi də gözlənilir.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Chosen
10
50
azertag.az

10Sources