İran Prezidenti Məsud Pezeşkian jurnalistlərin “Zəngəzur dəhlizi” ilə bağlı suallarını cavablandırarkən qeyd edib:"Hər şey xəbərlərdə deyildiyi kimi şişirdilmiş deyil. İslam Respublikasının bu marşrutla bağlı tələbləri nəzərə alınıb."'Jurnalist:ABŞ-ın mövcudluğu narahatlıq doğurmur?Pezeşkian:Bu suallardan biridir. Amma ərazi bütövlüyü, eləcə də Avropaya və ya şimala gedən marşrutumuzun bağlanmaması məsələsi nəzərə alınıb. Yeganə narahatçılıq odur ki, bu yolu Amerika və Ermənistan şirkətləri çəkəcək.