Siyəzəndə FACİƏ: İynə vurulan 1 aylıq körpə öldü
Siyəzəndə bir aylıq körpə iynədən ölüb.
aia.az Lent.az-a istinadən xəbər verir ki, Siyəzən şəhər sakini, bir aylıq Əli Aqşin oğlu Novruzova iynə vururulub. İynədən sonra körpə ölüb.
Uşağın babası Camal Novruzov hüquq-mühafizə orqanlarına bununla bağlı şikayət edib.
Şikayətçi ərizəsində həmyerlisi 1958-ci il təvəllüdlü Mənsurə Cəlal qızı Ağayevanın onun nəvəsi Əli Aqşin oğlu Novruzova iynə vurmasını, nəticədə nəvəsinin ölməsini bildirib.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
aia.az