EN

Türkiyədə zəlzələdə ölən şəxs görün kim imiş - FOTO

Balıkəsirin Sındırgı rayonunda dünən baş verən 6,1 bal gücündə zəlzələ məşhur aktrisa Eylül Tumbar üçün də ağır itki ilə nəticələnib. 

Sənətçi sosial media hesabında əmisi Nihat Önbaşın zəlzələ zamanı həyatını itirdiyini açıqlayıb. 

Zəlzələ sonrası X (Twitter) hesabından kömək çağırışı edən Eylül Tumbar bibisi Həmidə Önbaş və əmisi Nihat Önbaşın dağıntılar altında qaldığını bildirmişdi. Daha sonra bibisinin sağ xilas edildiyini, lakin əmisinin həyatını xilas etməyin mümkün olmadığını qeyd edib.

Kədərini bölüşən Tumbar "Əmimi xilas edə bilmədilər. Başsağlığı verirəm. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm" sözləri ilə paylaşımını tamamlayıb.

Qeyd edək ki, uçmuş binadan 6 nəfər xilas edilib.
 
 
 
 


 

Chosen
39
26
7news.az

10Sources