EN

Üçdən az şirkət müraciət etdi, 84 min manatlıq - TENDER DAYANDIRILDI

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən elan olunmuş tender ləğv edilib.

Dövlət Agentliyinin 3 milyon manatlıq tenderi niyə ləğv edildi?
Nazirliyin 230 minlik tenderinin ləğv edilmə səbəbi - AÇIQLANDI

FED.az xəbər verir ki, tender kibertəhlükəsizlik laboratoriyası üçün avadanlıqların satınalınması ilə bağlı elan edilmişdi. 

Satınalma müsabiqəsinin ləğv edilməsinə səbəb kimi təklif və təklifin təminatını təqdim etmiş, tələb olunan hallarda müvafiq lisenziyaya və ya icazəyə malik təchizatçıların sayının üçdən az olması (36.1.1) göstərilib.

Tenderin ehtimal olunan qiyməti 84 060 manat idi. Müsabiqə 4 avqust 2025-ci il saat 17:20-də dərc olunmuş, təkliflərin qəbulu və zərflərin açılışı isə 8 avqust 2025-ci il saat 17:00-da baş tutmalı idi. Lakin iştirakçı sayı tələb olunan minimum həddən az olduğu üçün satınalma prosesi dayandırılıb.

Chosen
17
18
fed.az

10Sources