Avqustun 11-nə olan məlumata əsasən, şagirdlərin yerdəyişməsi elektron xidməti vasitəsilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 4063 sorğu yerləşdirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, 2025-2026-cı tədris ili üzrə ll-lX və Xl siniflər üzrə şagird yerdəyişməsi avqustun 5-dən sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir. X siniflər üçün isə avqustun 12-si saat 11:00-dan yerdəyişmə aktivləşdiriləcək.
Elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.