EN

Dəymə! Ötən həftə 1 504 hektar ərazi minalardan təmizləndi

BAKI, 11 avqust. TELEQRAF

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə avqustun X-dən x-dək icra olunan əməliyyatlar barədə məlumat açıqlayıb.

Qurumdan Teleqraf-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 95 piyada və 48 tank əleyhinə mina, həmçinin 977 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Həmçinin qeyd edilib ki, 1 504 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Qeyd edək ki, adıçəkilən ərazilərdə minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirilir.

Chosen
30
41
teleqraf.com

10Sources