EN

İlk yeddi ayda əsas kapitala yönəldiləninvestisiyalar 3 % -dən çox artdı

2025-ci ilin ilk 7 ayında əsas kapitala investisiyalar 3,4% artıb

2025-ci ilin yanvar–iyul aylarında Azərbaycanda əsas kapitala 9 milyard 911,8 milyon manat məbləğində investisiya yönəldilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,4% çoxdur.

Hesabat dövründə neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 18,4% azalarkən, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyalar 15,0% artıb.

İstifadə olunan ümumi investisiyanın 5 milyard 46,1 milyon manatı (50,9%) məhsul istehsalı sahələrinə, 3 milyard 335,2 milyon manatı (33,7%) xidmət sahələrinə, 1 milyard 530,5 milyon manatı (15,4%) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yatırılan vəsaitin 7 milyard 598,7 milyon manatı (76,7%) daxili investisiyalardan, 7 milyard 822,3 milyon manatı (78,9%) isə bilavasitə tikinti-quraşdırma işlərinə yönəlib.

Chosen
14
30
teleqraf.com

10Sources