EN

Bu kənddə bir gündə milyonçu olmaq mümkündür

Afrika qitəsində yerləşən Kono bölgəsindəki kiçik bir kənddə bəzən elə olur ki, sakinlər evlərinin qarşısında brilliant tapır və bir gündə varlanırlar.

News24.az xəbər verir ki, Kono “ölkənin brilliant paytaxtı” kimi tanınır və dünyanın dörd bir yanından – Çindən, Dubaydan, Hollandiyadan və Afrikanın müxtəlif ölkələrindən gələn mədənçilər burada şanslarını sınayır.

Şəhərdə çoxsaylı alıcı qiymətli daşları alıb xaricə ixrac edir. Bir kiloqram incə brilliantın qiyməti 5 milyon dollara qədər qalxa bilir. Mədənçilik həm böyük miqyaslı qazıntılarla, həm də kəndlilərin kiçik ölçülü işləri ilə aparılır. Bəziləri bir gündə milyonçu olsa da, illərlə işləyib heç nə tapa bilməyənlər də olur.

Xeyrənsə Piriyeva

Chosen
34
2
news24.az

3Sources