EN

Yeddi ayda əsas kapitala qoyulan vəsait artıb

2025-cü ilin yeddi ayında ölkədə əsas kapitala  9911,8 milyon manat qoyulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,4% çoxdur. Bu barədə Dövlət Statistika Koməsindən bildirilib. 

Yeddi ayda neft-qaz sektoruna investisiyaların həcmi  18,4% azalıb, qeyri neft-qaz sektoruna investisiyalar isə 15 % artıb.

Əsas kapitala qoyulan vəsaitin 76,7% daxili investisiyalar təşkil edib.

2024-cü ilin yanvarında investisiya qoyuluşu 2023-cü ilin yanvarı ilə müqayisədə 37,4% çox olub. 

2023-cü ildə Azərbaycanda əsas kapitala 20 milyard 296,6 milyon manat məbləğindn çox vəsait yönəlib. 
 
Müharibədən sonra Qarabağ və Şərqi Zəngəzura 12 milyarda yaxın vəsait xərclənib. 2026-ci ilə qədər bu vəsaitin 32 milyarda çatması gözlənilir. 
 
2022-ci ildə Azərbaycanda əsas kapitala kapital qoyuluşlarının artımı 5,5% təşkil edib.

Gülnar Nazimqızı 

Chosen
8
33
anews.az

10Sources