Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın doğum günündə təşkil edilən mərasimdə çəkilən foto müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, sözügedən mərasimdə mərhum H.Əliyevanın anası Kəmalə Alıyevanın qarşısına üzərində qızının fotosu olan tort qoyulub.
Fotonun 8 avqustda H.Əliyevanın ev muzeyinin açılışı zamanı çəkildiyi bildirilir. Sözügedən görüntüləri tənqid edən sosial şəbəkə istifadəçiləri ananın əlinə bıçaq verib belə bir tortu kəsmək istənilməsini həm onun ruhuna, həm də ailəsinə hörmətsizlik kimi qiymətləndiriblər.
Sözügedən fotoda Kəmalə Alıyevanın yanında AZAL əməkdaşlarının dayanmağı tədbirin bu qurum tərəfindən təşkil edilməsi təəssüratını yaradıb. Amma AZAL-dan bildirilib ki, qurumun heyəti tədbirdə yalnız qonaq qismində iştirak edib.