EN

Xocalının Xanyurdu kəndinə növbəti köç yola salındı - FOTO

Avqustun 11-də Xocalı rayonunun Xanyurdu kəndinə növbəti köç yola salınıb.

Bu mərhələdə 62 nəfərdən ibarət 19 ailə Xanyurdu kəndinə yola düşüb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır. //Apa//


Chosen
90
49
news24.az

10Sources