Bunu Demokrat.az-a açıqlamasında politoloq Natiq Miri deyib. O bildirib ki, digər tərəfdən, bu razılaşmanın ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə baş verməsi məqamı var:

"Görünür, Nikol Paşinyan Trampla görüşdə müəyyən öhdəliklər üzərinə götürüb, yaxud söz verib. Eyni zamanda, Trampın tarixə düşmək, Nobel Sülh Mükafatı almaq niyyəti var. Bu səbəbdən Azərbaycan Prezidenti orada fikir səsləndirdi ki, Ermənistan rəhbərliyi də razı olsa, Nobel mükafatına Trampın namizədliyi ilə bağlı birgə müraciət edə bilərik. Düşünürəm ki, yaxın zamanda belə bir müraciət imzalanaraq Nobel Komitəsinə göndərilə bilər. Yəni bu baxımdan da Trampın bir gözləntisi var. Ona görə də Ermənistan konstitusiyasında dəyişikliyə ehtiyac var".
Politoloq qeyd edib ki, yekun sülh sazişinin qısa zamanda imzalanması həm də razılaşmadan məmnun olmayan dövlətlərin varlığı səbəbindən vacibdir:
"Yekun sülh müqaviləsi nə qədər tez imzalansa, regionda sülhün bir dəfəlik bərqərar olmasına şərait yaradacaq. Çünki Vaşinqtondakı razılaşmalardan məmnun olmayan region dövlətləri var. Yekun sülh əldə edilsə, hansısa üçüncü tərəflərin regiona müdaxiləsi mümkün olmayacaq.
Ona görə konstitusiyadakı ərazi iddialarının ləğvinə və qısa müddətdə yekun sülhün imzalanmasına ehtiyac var. Prezident İlham Əliyev də ABŞ-də bildirdi ki, əgər vaxtında o ərazi iddiaları ləğv olunsaydı, indi biz Vaşinqtonda yekun sülh sazişini imzalayardıq. Bu da bir ismarıcdır. Bu baxımdan diqqətlər, xüsusən ABŞ-nin diqqətləri Ermənistan rəhbərliyində olacaq".
Cavidan Mirzəzadə
Demokrat.az
10Sources
-
yeniavaz.comPsixoloq narahatlığı aradan qaldırmağın sürətli yollarını açıqladı ( 20467842)
-
demokrat.azDeputat: “Azərbaycan sülhün əsas təminatçısı oldu” ( 20309808)
-
demokrat.azSülh müqaviləsindən sonra quru sərhədlər açılacaq? — AÇIQLAMA ( 20309382)
-
qafqazinfo.azMetrodakı problem aradan qaldırıldı - Yenilənib ( 20278197)
-
bizimshow.azLabubu oyuncağı uşağı dəli etdi: evi dağıtdı, 56 minlik ZƏRƏR VERDİ ( 20248365)
-
demokrat.azYekun sülh sazişinin qısa zamanda imzalanmasına ehtiyac var — ŞƏRH ( 20227575)
-
olke.azBaşqa insanların uğursuzluğuna niyə sevinirik? - Psixoloq iki səbəb açıqladı ( 20194413)
-
redaktor.azBaşqalarının uğursuzluğuna niyə sevinirik? - Psixoloq iki səbəb açıqladı ( 20191689)
-
redaktor.azBaşqa insanların uğursuzluğuna niyə sevinirik? - Psixoloq iki səbəb açıqladı ( 20191608)
-
referans.azParisdə azərbaycanlı ailənin iki uşağı niyə əllərindən alınıb? ( 20186838)