"Zirə"nin futbolçusu Abdul Aziz Batibie uzunmüddətli sıradan çıxıb.

Offsideplus.az xəbər verir ki, gənc vinger "Şamaxı" ilə oyunda zədələnib. Onun diz bağları qopub. 18 yaşlı futbolçu 6-7 ay meydanlardan uzaq qalacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Abdul Aziz bu ilin yayında "Zirə"yə qoşulub. "Qartallar" onun karyerasında ilk professional klubdur.