EN

Paytaxt məktəbləri üzrə 4000 dən çox şagirdin yerdəyişmə sorğusu yerləşdirilib

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 11 avqust, AZƏRTAC

Avqustun 11-nə olan məlumata əsasən, şagirdlərin yerdəyişməsi elektron xidməti vasitəsilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 4063 sorğu yerləşdirilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, 2025-2026-cı tədris ili üzrə ll-lX və Xl siniflər üzrə şagird yerdəyişməsi avqustun 5-dən sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir. X siniflər üçün isə avqustun 12-si saat 11:00-dan yerdəyişmə aktivləşdiriləcək.

Elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
19
7
azertag.az

8Sources