EN

Türkiyə Nazirlər Kabineti Azərbaycan Ermənistan sülh prosesini və Zəngəzur dəhlizinin açılmasını müzakirə edəcək

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Ankara, 11 avqust, AZƏRTAC

Türkiyə Nazirlər Kabinetinin Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək bugünkü iclasının gündəliyinə Azərbaycan-Ermənistan sülh prosesi və Zəngəzur dəhlizinin açılması məsələləri də daxil edilib.

AZƏRTAC xəbər verir ki, hökumət üzvləri paytaxt Ankaranın “Beştepe” rayonunda yerləşən Prezident sarayında toplaşacaq.

Türkiyə mediasında yer alan xəbərlərə görə, Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda keçirilmiş görüşünün yekunları, həmçinin tərəflər arasında imzalanmış sənədlərin sabitliyə və regionda ticari münasibətlərə təsiri müzakirə ediləcək.

İclasda, həmçinin parlamentdə aparıcı siyasi partiyaların deputatlarının iştirakı ilə xüsusi komissiyanın da yaradıldığı “Terrorsuz Türkiyə” prosesi ətrafında fikir mübadiləsi aparılacaq.

Nazirlər Kabinetinin iclasında daxili iqtisadi və sosial məsələlərlə yanaşı, regionda, o cümlədən Suriyada vəziyyətin müzakirə ediləcəyi də gözlənilir.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
40
50
azertag.az

10Sources