EN

Rusiyada bu hərbi zavoda hücum olub VİDEO

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Bu gün səhər saatlarında Rusiyanın Nijni Novqorod vilayətinin Arzamas şəhərində yerləşən Arzamas Hərbi Zavodu pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. 

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, hücumun hədəfi hərbi və mülki təyinatlı aviasiya və kosmik sistemlər üçün məhsullar istehsal edən müəssisə olub.

Məlumata görə, hücum təxminən səhər saat 04:00 radələrində başlayıb. Şəhər səmasında ən azı 5 PUA müşahidə edilib, ardınca isə bir neçə güclü partlayış səsi eşidilib. "Teleqram" kanallarında zavoda zərbə anını əks etdirən videolar da yayılıb.

“Milyitarni” nəşrinin yazdığına görə, 1957-ci ildə əsası qoyulan Arzamas zavodu Rusiya üçün strateji əhəmiyyətə malikdir və hərbi, eləcə də mülki təyinatlı aviasiya və kosmik sistemlər üçün avadanlıqlar istehsal edir. Müəssisə Ukrayna dövlət sərhədindən təxminən 800 km məsafədə yerləşir.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
104
azpolitika.info

1Sources