EN

Apple şirkəti GPT-5 texnologiyasındakı irəliləyişə uyğunlaşmağa hazırlaşır

Bakı. Trend:

“iPhone-17”nin sentyabrda xəttə buraxılacağı anonsundan sonra“Apple” şirkəti iOS 26, iPadOS 26 və macOS Tahoe 26 tətbiqlərininfinal versiyalarını buraxmağı planlaşdırır.

Trend xəbər verir ki, bubarədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, bu yenilənmə trendi ilə kompaniyanın cihazları“OpenAI” şirkətinin “Apple Intelligence” proqramına inteqrasiyaedilən ən yeni GPT-5 neyroşəbəkəsinə daxil ola biləcək.

İnsayderlərin fikrincə, “Apple” yerli modellər üçün əlçatmazolan resurs tutumlu və mürəkkəb vəzifələri həll etmək üzrəGPT-5-dən istifadə etmək niyyətindədir. Beləliklə, şirkətGPT-4o-nun istifadəsindən imtina edərək “Siri” və digər xidmətlərinimkanlarını əhəmiyyətli dərəcədə təkmilləşdirməyə hazırlaşır.

“Apple Intelligence” hazırda məhdud rejimdə GPT-4o-dan istifadəedir, bu funksiyanı aktivləşdirən istifadəçilərə sənədlərinxülasəsini yaratmaq, mətn yazmaq, “Siri” vasitəsilə suallara cavabalmaq, kamera ilə obyektləri tanımaq kimi tapşırıqları yerinəyetirmək imkanı verir.

Məqalədə:
Chosen
46
4
az.trend.az

5Sources