EN

"Qalatasaray" Alvaro Morataya ilə müqaviləni ləğv etdi

Türkiyənin "Qalatasaray" klubu, İspaniya millisinin hücumçusu Alvaro Morataya ilə olan müqavilənin ləğv edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, tərəflər müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv ediblər. Bu səbəbdən "Milan" Türkiyə klubuna 5 milyon avro məbləğində kompensasiya ödəyəcək.

Moratanın İtaliyanın "Komo" klubuna keçməsi gözlənilir.

2025-ci ilin fevralından etibarən 32 yaşlı ispaniyalı "Qalatasaray"da "Milan"dan icarəyə verilmişdi, müqavilənin müddəti 2026-cı ilin yanvarına qədər davam etməli idi. Türk klubunda olduğu müddətdə Morata 16 oyunda iştirak edib, 7 qol vurub və 3 məhsuldar ötürmə verib. Transfermarkt portalına əsasən, futbolçunun bazar dəyəri 11 milyon avro təşkil edir.

Chosen
95
39
90deqiqe.az

10Sources